Bellinqhem, Mbappe, Haaland... - Bu il “Qızıl top”u kim qazanacaq?

Bellinqhem, Mbappe, Haaland... - Bu il “Qızıl top”u kim qazanacaq?

"Goal" nəşri 2024-cü ilin “Qızıl top” mükafatının yeni sahibi üçün nəzərdə tutulan namizədləri açıqlayıb.


Sfera.az bildirir ki, siyahıda ilk yer "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhemindir. 20 yaşlı futbolçu bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.


Namizədlər arasında hücumçular Kilian Mbappe (PSJ) və Erlinq Haaland (Mançester Siti) var.


Mükafatın hazırkı qalibi, "İnter Mayami"də çıxış edən Lionel Messi isə reytinqdə 20-ci yerdədir. “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo onu 3 xal qabaqlayaraq 17-ci yerdə qərar tutub.


Xatırladaq ki, Messi ən çox mükafata – səkkiz “Qızıl top”-  görə rekordçudur. Ronaldo beş mükafatla ona ən yaxın rəqibdir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR