Əhalinin dərmanlara xərclədiyi pul azalır – STATİSTİKA

Əhalinin dərmanlara xərclədiyi pul azalır – STATİSTİKA

Azərbaycan əhalisinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclədiyi pul artıq ikinci ildir ki, azalır. 


Sfera.az xəbər verir ki, əhalinin əczaçılıq məhsullarına xərclədiyi pul uzun müddət davamlı artırdı. Hətta COVID-19 virusunun yayılmasından sonra bu xərclərdə daha böyük artım müşahidə edildi. 2020-ci ildə xərclər 40,5 faiz, 2021-ci ildə 25 faiz artmışdı.

 

Əczaçılıq xərcləri 2022-ci ildə 14 faiz artdıqdan sonra 2023-cü ildə azaldı. Ötən il həmin xərclərdə 5 faiz azalma qeydə alındı. Xərclərdə azalma 2024-cü ilin yanvarında da baş verib. Yanvarda əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən vəsait 2023-cü ilin yanvar ayına nisbətən 11,6 faiz azalıb. 


İlk ayda əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 106,2 milyon manat xərcləyib. Bu məbləğ əhalinin cəmi pərakəndə ticarət xərclərinin 2,4 faizini təşkil edib.


Vasif


OXŞAR XƏBƏRLƏR