Corc Vaşinqtonun portreti oğurlandı - FTB AXTARIR

Dünya
15:36 / 14.02.2024
7953
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Koloradoda ilk prezident Corc Vaşinqtonun oğurlanmış portretini axtarır.
Sfera.az xəbər verir ki, FTB bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Corc Vaşinqtonun 1800-cü illərin əvvəllərində çəkilmiş portreti tarixi əhəmiyyətə malikdir. Oğurlanmadan əvvəl o, Kolorado ştatının "Englewood" şəhərindəki anbarda olub.
FTB həm portretin özünü, həm də onu oğurlayan şübhəliləri tapmaq üçün "Englewood" polisi ilə birləşib.
Xatırladaq ki, Corc Vaşinqton 1789-1797-ci illərdə ABŞ-nin prezidenti kimi fəaliyyət göstərib. O, 1799-cu il 14 dekabr tarixində dünyasını dəyişib.
Əzizə