Bakıda ailəsini qətlə yetirən şəxsin xəstəliyi NƏDİR? - "Bu cinayəti, əsasən..."

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürən Əhməd Əhmədovun psixi xəstəliyi olduğu barədə bir sıra məlumatlar yayılıb.
Bəs ailəsini qəddarcasına qətlə yetirən bu şəxsin xəstəliyi nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, ciddi psixi pozuntusu olan insan nəinki öz ailə üzvlərini, ümumiyyətlə, onu əhatə edən digər insanlara da zərər verə bilər. Bu cür insanlar, öncədən öz davranışları ilə seçilir. Onlara olan laqeyd münasibət, onların cəmiyyət arasında azad və sərbəst hərəkət etməsinə şərait yaradır. Psixoloq qeyd edib ki, bu cinayəti, əsasən, şizofreniya xəstələri törədə bilər.
“Onlar cəmiyyət üçün böyük təhlükə hesab olunurlar. Bu tip insanların psixi dispanserdən çıxarılması heç cür tövsiyə olunmur. Şizofreniyadan əziyyət çəkən insanların cəmiyyət içərisində sərbəst yaşamasının qarşısı alınmalıdır. Onların harada və necə hərəkət edəcəyi məlum deyil. Bu xəstəliyi olan insanlar törətdikləri cinayətdə özlərini haqlı hesab edirlər. Çünki onların idrak prosesi inkişaf etməyib”.
Ülkər Abdurahmanlı