ABŞ tarixində ikinci dəfə nazirə qarşı impiçment ELAN EDİLDİ

ABŞ tarixində ikinci dəfə nazirə qarşı impiçment elan edilib.
Sfera.az "Röyters"ə istinadən xəbər verir ki, Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Departamentinin (DHS) rəhbəri Alexandro Mayorkasa qarşı impiçment elan edib.
Qətnaməni 214 nəfər dəstəkləyib, 213 nəfər əleyhinə olub. Nümayəndələr Palatası hesab edir ki, miqrasiya böhranında günahı Mayorkas daşıyır, ölkə sərhədlərinin qorunmasına cavabdeh olan isə Daxili Təhlükəsizlik Departamentidir. İndi sənədə Senatda baxılmalıdır.
Tarixdə ikinci dəfədir ki, federal nazirliyin rəhbəri impiçmentə məruz qalır. İlk belə hal 1876-cı ildə Nümayəndələr Palatası müharibə naziri Uilyam Belknapın impiçmenti barədə qərar qəbul edərkən baş verib. Nazir elə həmin gün istefa verib. Senat Belknapın impiçmentini dəstəkləməyib.
Prezident Co Bayden artıq Nümayəndələr Palatasının qərarını konstitusiyaya zidd və siyasi qərəz adlandırıb. Dövlət başçısının bəyanatı Ağ Evin saytında dərc olunub.
Onun fikrincə, Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana yardımın ayrılması haqqında qanun layihəsi ilə daha yaxşı məşğul olmalıdır.
Əzizə