Ağrıkəsicilərdən çox istifadənin ZƏRƏRLƏRİ - "Böyrək xəstəliyi yaradır"

Ağrıkəsicilərdən müntəzəm istifadə etmək bir sıra xəstəliklərə tutulma riskini artırır. Müəyyən ağrılardan xilas olmaq üçün dərmanlara üz tuturuq. Ara-sıra qəbul etdiyimiz ağrıkəsiciləri ziyansız hesab edirik.
Bəs ağrıkəsicilərin nə kimi əks təsirləri var?
Mövzu ilə bağlı Sfera.az-a danışan bildirib ki, həkim-terapevt Azər Abdullayev bildirib ki, ağrıkəsicicilər, beyində, onurğada və orqanizmin digər nahiyələrində olan reseptorlara bağlanaraq ağrı siqnallarının beyinə çatmasına mane olur.
“Beləliklə ağrılar müəyyən qədər azalır. Ağrıkəsicilər növbənöv olur, bəzilərini reseptlə almaq lazımdır. Ağrıkəsicilərin əsas 3 növü mövcuddur. Steroid olmayanlar, Opioidlər, Parasetamollar. Hər üç növ dərman müntəzəm olaraq qəbul edildikdə, insanlarda aslılıq yaradır. Stereoid olanlar oynaq və əzələ ağrılarını azaldır. Opioidlər isə ağır xəstələr üçün həkim resepti ilə satılır. Paresetamollar isə, əsasən, qaraciyər hüceyrələrini öldürür. Bu isə qaraciyər çatışmazlığı riskini artırır. Bu tip dərmanlar qrip və soyuqdəymə zamanı qızdırmanı aşağı salmaq üçün istifadə olunur. Steroid olmayan ağrıkəsicilər prostaqlandin adlı maddələrin istehsalını əngəlləyərək ağrını azaldır və böyrəklərə ziyan vurur. Beləliklə, xroniki böyrək xəstəliyi yarana bilir”.
Həkim qeyd edib ki, əsasən, bitki tərkibli ağrıkəsicilərdən istifadə etmək lazımdır.
“Çobanyastığı, nanə kimi bitkilərin çayı bir çox ağrıların qarşısını almaqda faydalıdır”.
Ülkər Abdurahmanlı