Aygün açdı sandığı, tökdü pambığı “Namiq sən dansan da, qonşuların danmaz” - ŞOK
"Namiq mənə qarşı çox haqsızlıq edib. Bu, düzgün deyil. Özünüz bilirsiz ki, mala-mülkə bağlı insan olmamışam”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Xəzər maqazin”ə açıqlamasında bildirib.
Sənətçi Namiq Qaraçuxurlunun qeyri-səmimi olduğunu söyləyib:
"O gün oxuyuram, deyirlər ki, Namiq Aygünə royal bağışlayacaq. O, mənə royal verməyəcək, royalımı qaytaracaq. Mənim əmlakımı ixtisara salırlar. Bağın yanında bir ev də var. Qarşıda layihələrim var, mən nə satacam? Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən?
"Namiq və səmimiyyət”, bunlar antonimdir. Həqiqət yaddan çıxmır. 8 il birlikdə ömür sürmüşük. Yəqin ki, bunu danmazsan. Sən dansan da, qonşuların danmaz. Namiqdən səmimiyyət gözləməyin”.
Qeyd edək ki, müğənni eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun bağını əlindən aldığını söyləymişdi:
"Bağ evimi Namiq əlimdən aldı. Bunu biz bərabər etmişdik, ona qismət oldu. O, elə həyasızdır ki, hər şeyimi əlimdən aldı”.