"Heyətini dəyişməklə əla iş görüb” - Rio Ferdinand

İdman
14:37 / 14.02.2024
8627
"Mançester Yunayted"in keçmiş müdafiəçisi, hazırda futbol eksperti olan Rio Ferdinand "Liverpul"un İngiltərə Premyer Liqasının cari mövsümündəki çıxışını dəyərləndirib.
Sfera.az bu barədə “Liverpool Echo”ya istinadən xəbər verir.
Ekspertin sözlərinə görə, "Liverpul"un bu mövsüm turnir cədvəlinin zirvəsi olacağı təxmin edilmirdi:
“Mersisaydlıların ilk 4-lükdə yer almaq üçün mübarizə aparacağını düşünürdüm, onların yenidən "Mançester Siti" ilə rəqabətə başlayacağını isə gözləmirdim. Bu, onu göstərir ki, "Liverpul" heyətini dəyişməklə əla iş görüb”
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasının 24 turundan sonra "Liverpul" turnir cədvəlinə başçılıq edib. Klub "Mançester Siti"ni iki xal qabaqlayıb.
Fatimə Lətif