"Əhmədin atası olan Mehman mən deyiləm, dünəndən bəri..." - ADY-nin sabiq rəisindən AÇIQLAMA

Dünən oğlu tərəfindən amansızlıqla qətlə yetirilən 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi olmayıb.

 

Sfera.az ADY-nin İnfrastruktur departamentinin sabiq rəisi, Əhmədov Mehman Əhməd oğlu ilə əlaqə saxlayıb.

 

1970-ci il təvəllüdlü Mehman Əhmədov bildirib ki, qarışıqlıq ad, soyad və ata adının eyniliyi ilə bağlı olub:

 

“Baş verən hadisə ilə bağlı dərin kədər hissi keçirdim. Dünəndən bəri dostlar və tanışlar narahat olub. Şükürlər olsun, sağ-salamatam. Ad, soyad və ata adımız mərhumla eyni olub, lakin doğum tariximiz fərqlidir”. 

 

Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən 31 dekabr 2020-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...