Azərbaycan hökuməti İSTEFA VERDİ

Azərbaycan hökuməti İSTEFA VERDİ

Nazirlər Kabineti istefa verib.

 

Sfera.az-ın xəbərinə görə, Azərbaycan Konstitusiyasının 116-cı maddəsində nəzərdə tutulan bütün zəruri addımlar yerinə yetirilib.

 

Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

 

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

 

Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

 

Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...

Ərdoğan Fülya Öztürkü TƏLTİF ETDİ

Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.   Sfera.az bildirir ki, O, &ldquo...

Rusiyaya gedənlərin diqqətinə: QAYDA DƏYİŞDİ

İyunun 30-dan etibarən Rusiyada vizasız rejim əsasında bu ölkəyə səfər edən xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. &n...