Putinin daha bir gəmisi BATDI – “14 fevralda həm də...” + MARAQLI DETALLAR 

Putinin daha bir gəmisi BATDI – “14 fevralda həm də...” + MARAQLI DETALLAR 

Qara dənizdə Rusiya Prezidenti Vladimir Putinin daha bir gəmisi batıb.

 

Sfera.az bildirir ki, Krım sahillərində Rusiyanın Qara dəniz donanmasına məxsus "Sezar Kunikov" böyük desant gəmisi məhv edilib. Məlumata görə, əməliyyat Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən dəniz dronları ilə həyata keçirilib.

 

Siyasi şərhçi Şahin Cəfərov bununla bağlı maraqlı məlumatlar qeyd edib.

 

“"Sezar Kunikov" uzunluğu 112,5 metr, eni 15 metr olan, 87 ekipaj üzvündən ibarət 4 min tonluq gəmi idi. Bu gəmi Sovet İttifaqı qəhrəmanı, dəniz piyadaları batalyonunun komandiri olmuş mayor Sezar Kunikovun adı ilə adlandırılıb. S.Kunikov 1943-cü ilin bu günündə - 14 fevralda həlak olub”, - o, bildirib.

 

Ş.Cəfərovun sözlərinə görə, 2022-ci il martın 24-də Berdyansk limanına Ukrayna ordusunun raket zərbəsi nəticəsində "Saratov" böyük desant gəmisi məhv edilərkən "Sezar Kunikov" zədə almış, onun komandiri, 3-cü dərəcəli kapitan Aleksandr Çirva ölmüşdü.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...