Enrike "Real Sosyedad" matçı barədə: "Ən az qol buraxan komandalar..."

İdman
12:10 / 14.02.2024
6536
“PSJ”nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında "Real Sosyedad"la keçiriləcək oyun haqqında danışıb.
Sfera.az bildirir ki, bu haqda “PSJ”nin rəsmi saytı məlumat yayıb.
Baş məşqçi rəqib komandanın güclü olduğunu bildirib:
""Real Sosyedad" ən az qol buraxan komandalar sırasındadır. Onlar ötən mövsümün ən yaxşı komandalarından biridir və çox yüksək səviyyədə oynayırlar"
Qeyd edək ki, komandalar arasında görüş bu gün, fevralın 14-də "Park des Princes" stadionunda baş tutacaq.
Cavab oyunu martın 5-də İspaniyada keçiriləcək.
Fatimə Lətif