CHP-də sular durulmur: Partiyanın daha iki önəmli siması İSTEFA VERDİ

CHP-də sular durulmur: Partiyanın daha iki önəmli siması İSTEFA VERDİ

Cümhuriyyət Xalq Partiyasında (CHP) istefalar bir-birini izləməkdə davam edir.

 

Sfera.az xəbər verir ki, bu istefalar namizədlərin seçilməsi gündəliyi ilə səlahiyyətli şura iclaslarının keçirilməsindən sonra baş verib.

 

Xatırladaq ki, 4 dövr CHP-dən millət vəkili və bir müddət CHP baş katibi olan Gürsel Tekin Kadıköy bələdiyyə başçılığına namizədlik üçün müraciət edib. Tekinin adı daha sonra Esenyurt bələdiyyə başqanlığı üçün çəkilib. Lakin onun heç bir rayondan namizədliyi irəli sürülməyib. Bundan sonra Gürsel Tekin istefa verdiyini açıqlayıb.

 

CHP-dən istefa verən digər ad isə Adana Çukurova bələdiyyə başçısı Soner Çətindir. Çukurovada yenidən namizəd göstərilməyən Çətin “CHP-ni qəsb etməyə çalışırlar. Partiya daxilində dar çərçivədə kadrların gündəmə gəldiyi, qohum-əqrəba münasibətləri ilə namizədlərin bölüşdürüldüyü bir dövr yaşadıq. Təəssüf edirəm" deyərək partiya rəhbərliyini sərt tənqid edib.

 

Yenidən namizədliyi irəli sürülməyən Seyhan bələdiyyə başçısı Akif Kamal Akay da CHP-dən istefa verib. Akay sosial media hesabındakı paylaşımında bu barədə məlumat verib:


“Uğurları bütün ictimaiyyət tərəfindən qəbul edilən bir başçıya tab gətirməyən, tək məqsədi ictimai qaynaqları talamaq olan idarəçilərin qeyri-etik şəkildə zəbt etdiyi CHP-dən istefa verirəm”.

 

 Əzizə

 

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...

Ərdoğan Fülya Öztürkü TƏLTİF ETDİ

Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.   Sfera.az bildirir ki, O, &ldquo...