"Leyptsiq" matçı: “Real Madrid” öz rekordunu yenilədi 

Dünən, fevralın 13-də “Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “RB Leyptsiq”ə qalib gəlib.


Sfera.az bildirir ki, görüş 1:0 hesabı ilə başa çatıb.


Beləliklə, "Real" Çempionlar Liqasında keçirdiyi yeddi oyunun hamısında 17:7 hesabı ilə qalib gəlib. Bu, “Real Madrid”in 2015-ci ildən bəri ən yaxşı seriyasıdır. Klub 2014-cü ilin aprelindən 2015-ci ilin fevralına qədər ardıcıl 10 matçda qalib gəlmişdi.


Qeyd edək ki, "Real Madrid" - "Leyptsiq" cavab oyunu martın 6-da Madriddə keçiriləcək.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR