İşəgötürənin səhvinə görə şirkət 1,6 milyon dollar təzminat ödəməli olacaq

İşəgötürənin səhvinə görə şirkət 1,6 milyon dollar təzminat ödəməli olacaq

ABŞ-da bir şirkət bir qadının tərcümeyi-halı işəgötürənin diqqətini çəkdikdən sonra ona zəng edib. Lakin, daha sonra namizədin vəzifə üçün tələblərə tam cavab verdiyinə baxmayaraq, onun eşitmə qüsurlu olduğunu öyrəndikdən sonra işə götürməkdən imtina ediblər.


Sfera.az bildirir ki, ABŞ Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) “McLane Northeast”i məhkəməyə verdikdən sonra şirkət qadına 1,675 milyon dollar təzminat ödəyib.
 

Məhkəmə şirkətin Əlilliyi olan Amerikalılar Aktını pozduğuna qərar verib. Agentlik iddia edib ki, şirkət əməkdaşları qadını müsahibəyə çağırmamaqla, ona qarşı ayrı-seçkilik edib və eşitmə probleminə görə onu geri qaytarıb.
 

Münsiflər heyəti şirkətin qanunu pozduğuna qərar verib. Qadına 25 min dollar ümumi təzminat, 150 min dollar emosional təzminat və 1,5 milyon dollar cəza təzminatı verib.


Şirkət məhkəmə qərarından apellyasiya şikayəti vermək və cərimənin məbləğini azaltmaq niyyətindədir.
 

Qadına ümumilikdə 1,65 milyon dollar təzminat verilsə də, əslində ala biləcəyi məbləğ çox azdır. Məşğulluq ayrı-seçkiliyi hallarında bir şəxsin ala biləcəyi zərərin miqdarına məhdudiyyətlər var. Onlar şirkətdəki işçilərin sayından asılıdır. Məhkəmə işə götürülməyən qadına yalnız 300.000 dollar çatacağını bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...