Dünyanın bir nömrəli zəngini Elon Maskın maraqlı xəsislikləri

Dünyanın bir nömrəli zəngini Elon Maskın maraqlı xəsislikləri

Tesla və SpaceX-in CEO-su və 274 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamları siyahısında ilk yerlərdə olan Elon Mask təkcə uğurlu iş həyatı ilə gündəmə gəlmir. Mübahisəli şəxsi həyatı ilə yanaşı, karyerası ilə də tez-tez gündəm olan Mask bir zamanlar keçmiş sevgilisi Qraymsın bir jurnala verdiyi açıqlamalarla da gündəm olub. Qrayms müsahibəsində Mask ilə münasibəti zamanı şahidi olduğu maraqlı xəsislik xatirələrindən danışıb.
 

Sfera.az Elon Maskın daim marağa səbəb olan xəsislikləri haqqında yazı təqdim edir. Bu mövzuya keçməzdən əvvəl onun Qrayms ilə münasibətinə nəzər salaq.

Münasibətlərini ilk dəfə 2018-ci ilin may ayında açıqlayan cütlüyün enişli-yoxuşlu münasibətləri hər zaman pərəstişkarlarının marağına səbəb olub. Cütlüyün ictimaiyyətin diqqətində olmasından 2 il sonra hamilə qalan Qrayms bir çox yanlış xəbərlər nəticəsində Maskın körpənin atası olduğunu təsdiqləməli olub. Körpəyə X Æ A-12 adını verdikləri açıqlaması ilə yenidən gündəmə gələn cütlük diqqət mərkəzində olmaqdan heç vaxt çəkinməyib. Nəhayət, surroqat analıq üsulu ilə cütlüyün bir qızı olduğu da məlum olub. Bir jurnalda Mask haqqında verdikləri açıqlamalarla yenidən gündəmə gələn cütlük son zamanlarında münasibətlərini uzaq məsafədə saxlayıb.


Qrayms ilə münasibəti zamanı ​​Elon Mask sərvətinin zirvəsinə çatmaq üzrə idi.


Cütlüyün sevgisi hələ çiçəklənmədən əvvəl Mask milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olmağa çox yaxın idi. Müğənni və prodüser Qraymsın da sərvəti Elon Mask qədər olmasa da, 10 milyon dollar idi. Cütlük yoxsulluğun tərifini bilməyə belə ehtiyac duymayan bir həyat yaşamaq lüksünə malik idi. Buna baxmayaraq milyarder sahibkarın həyat tərzi onun xəsis kimi tanınmasına səbəb olur.

 

Bəs Elon və Qrayms hansı evdə yaşayırdılar?

Cütlük

Los-Ancelesdə birlikdə vaxt keçirib. Yatağının zədələndiyi zaman Maskın yeni çarpayı almaq əvəzinə öz evindən öz çarpayısını gətirdiyini deyən Qrayms, Maskın qətiyyən milyarder kimi yaşamadığını bildirirdi. Hətta zaman-zaman yoxsulluq həddində yaşadıqlarını deyən sənətçi Maskı 40 min dollarlıq evdə yaşadıqları üçün qınayıb. O, əlavə edib ki, qonşuları onları lentə alıb və mühafizəsi olmayan evdə yaşayıblar.


"Ardıcıl 8 gün fıstıq yağı yemək məcburiyyətində qaldım”-Qrayms bu açıqlamaları ilə Maskı birbaşa magazin gündəminin ortasına atmışdı.


Yaxşı, bəs Mask pulunu hara xərcləyir?


Elon Musk evinin və ya yeni çarpayıya pul xərcləmək istəməyə bilər, lakin onun heyrətamiz xərclərlə çox keyfiyyətli bir həyat sürdüyünə əmin ola bilərsiniz. Sərvətinin böyük hissəsini öz şirkətləri üçün istifadə etsə də, o, 70 milyon dollarlıq lüks təyyarəsi və lüks avtomobil kolleksiyası ilə dünyanı gəzərək keyfiyyətli vaxt keçirməyə üstünlük verir. Belə çıxır ki, Maskın xərclərini azaltdığı yeganə şey ev həyatıdır (daha sonralar “Twitter”i aldıqda da maaşları azaltması və ixtisarlar ilə işçilər də onu yersiz simiclikdə ittiham etdilər).


O, bütün fiziki aktivlərini satmağı planlaşdırdığını açıqlamışdı.

Qraymsla yaşamağı seçməsə də, lüks malikanələrini satışa çıxaran Mask bundan sonra ev sahibi olmayacağını açıqlayıb. 2020-ci ildə təxminən 40 milyon və 70 milyon dollar dəyərində iki ev tikən Mask, bir tvitində bütün fiziki aktivlərini satmağı planlaşdırdığını bildirib. Bu qərarın arxasında heç bir iqtisadi səbəb olmadığını deyən Elon Musk uzun müddətdir ki, yaşamağa üstünlük verdiyi “yoxsulluq həddində həyat”a uyğun hərəkət etməyə başlayıb.
 

Lakin xeyriyyəçilik üçün çox pul xərcləməsi onun başqalarına qarşı kifayət qədər səxavətli olduğunu göstərir.




Prezidenti olduğu Mask Fondu Təşkilat elm təhsili, uşaqların sağlamlığı və təmiz enerji ilə bağlı xeyriyyə işlərinə diqqət yetirirdi. O, həmçinin bərpa olunan enerjini dəstəkləyən “X Prize Foundation” və qeyri-kommersiya “Kosmik Fondu” kimi təşkilatların idarə heyətinin üzvüdür. Təbii fəlakətlər və fövqəladə hallarda etdiyi beynəlxalq yardımlarla da daim gündəmdə olan Mask, son vaxtlar Ukraynaya verdiyi dəstəklə də adından söz etdirib. Xeyriyyə təşkilatlarından tutmuş şirkətlərə qədər pulunu xərcləyərkən gözünü belə qırpmayan Mask, görünür, yalnız keyfiyyətli çarpayı və dəbdəbəli evi lazımsız görür. Bəlkə də, buna görə dünyanın ən varlı insanıdır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...