Uşaqlara siqaret satan şəxslər barədə tədbir görüldü

Cəmiyyət
19:49 / 13.02.2024
35960
Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satması faktları aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.