“Ferrari” "SF-24"ü TƏQDİM ETDİ - VİDEO

İdman
17:47 / 13.02.2024
30451
Bu gün “Ferrari” rəsmi internet səhifəsində yeni avtomobili "SF-24"ü təqdim edib.
Sfera.az bildirir ki, "SF-24" şirkət tərəfindən Formula 1-də iştirak üçün istehsal edilən 70-ci avtomobildir.
Təqdimatda komanda prezidenti Con Elkann, baş direktor Benedetto Viqna və vitse-prezident Piero Ferrari, o cümlədən komanda üzvləri iştirak ediblər.
Qeyd edək ki, Formula 1 bolidi gələn həftə sınaq yarışında iştirak edəcək.
Xatırladaq ki, “Ferrari” ötən il Mühəndislər Kubokunda üçüncü yeri tutub.
Fatimə Lətif