Ermənistan məkrli siyasətindən əl çəkmir - Ombudsman

Ermənistan məkrli siyasətindən əl çəkmir - Ombudsman

Mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir.

 

Sfera.az xəbər verir ki, bu barədə Ombudsmanın Ermənistan tərəfindən törədilən növbəti silahlı təxribatlarla bağlı şərhində deyilir.

 

Səbinə Əliyeva bildirib ki, etnik zəmində nifrət və etnik təmizləmə siyasəti həyata keçirərək, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz yurdlarından didərgin salan, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə səbəb olan və ərazilərimizdə mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir:

 

"Belə ki, fevralın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs pozulmuş, ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeləri istiqamətində atəş açılmış, nəticədə DSX-nin hərbi qulluqçusu yaralanmışdır.

 

Ermənistan rəhbərliyi regionda sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığı bir dövrdə gərginliyi artıran bu kimi təxribatçı əməllərdən əl çəkməli, sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır.

 

Hesab edirəm ki, beynəlxalq təşkilatlar regionda dayanaqlı sülhün bərqərar olması üçün Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə etinasız qalmamalı və bu ölkəyə sülh danışıqlarını, hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhdid altına alacaq silahlı təxribatlara son verməsi məqsədilə ciddi çağırışlar etməlidir".


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...