Bakıda futbol klubundan pullar oğurlandı: Qumarda uduzdu, həbs olundu

Bakıda futbol klubundan pullar oğurlandı: Qumarda uduzdu, həbs olundu

Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Azəri” Futbol Klubunda oğurluq olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə zamanı klubun Əhməd adlı direktorunun İsrafil adlı tanışına məxsus pullar oğurlanıb.  Oğurluğu törədən isə direktorun tanışı, 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş Kərim Zamanov (ad-soyad şərti) adlı şəxs olub.

 

Belə ki, Xaçmazdan Bakıya avtomobil almaq adı ilə gələn Kərim Zamanov şəhərdə istədiyi maşını tapa bilmədiyindən futbol klubunun istirahət üçün nəzərdə tutulmuş otağında gecələyib. Həmin gün İsrafillə futbol klubunun həyətində olan kafedə yemək yeyiblər. Təxminən saat 4 radələrində kafedə olarkən o, İsrafilin pulunu oğurlamağı düşünüb.

 

İsrafilə tualetə getdiyini deyərək, əyləşdikləri stoldan qalxıb. Kafedən çıxaraq İsrafilin pulu qoyduğu “Azəri” Futbol Klubunun istirahət üçün nəzərdə tutulmuş otağına gedib və 16 400 manatı götürüb.

 

Kərim Zamanov oğurladığı pulu 10-15 gün müddətində onlayn “Fast Loto” oyununda uduzub.

 

Məhkəmənin qərarı ilə Kərim Zamanov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...