Bakıda daha bir dəhşətli qətl...

Kriminal
18:32 / 13.02.2024
42523
Fevralın 13-də Bakı şəhərinin Nərimanov rayonunda qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, saat 17:30 radələrində sözügedən ərazidə küçələrin birində İbrahimova Sevinc Rəfail qızı qətlə yetirilib.
Cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Araşdırma aparılır.