O da "Barselona"nın baş məşqçisi postuna namizəddir

"Barselona" baş məşqçisi postuna daha bir namizəd irəli sürülüb.
Sfera.az xəbər verir ki, bu, Tomas Tuxeldir.
"Bavariya"nın hazırkı məşqçisi "mavi qranatlılar"ın maraq dairəsindədir. 50 yaşlı alman mütəxəssis Bundesliqada çalışarkən problemlər yaşayıb. Tuxelin ispanların təklifini nəzərdən keçirməyə hazır olduğu bildirilib.
"Barselona”nın prezidenti Xuan Laportanın Yurgen Kloppu komandanın sükanı arxasında görmək istədiyi də bildirilir. Lakin Klopp bu təklifi rədd edib.
Artıq məlumdur ki, “Blauqrana”nın baş məşqçisi postuna namizədlərin yekun siyahısı martın ilk həftəsindən gec olmayaraq təsdiqlənəcək.
24 turdan sonra "Barselona" La Liqanın turnir cədvəlində 51 xalla üçüncü pillədə qərarlaşıb. Kataloniyalılar birinci yerdə olan "Real Madrid"dən on xal geri qalır.
İnci