"Sülh müqaviləsinin hazırlanması prosesinin davam edəcəyinə ümid edirik” - Kreml

“Moskva İrəvanı və Bakını vəziyyətin hazırkı gərginləşməsi ilə bağlı təmkinli olmağa çağırır və sülh müqaviləsinin hazırlanması prosesinin davam edəcəyinə ümid edir”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Şübhəsiz ki, Azərbaycan-Ermənistan təmas xəttindən gələn xəbər narahatedicidir, biz hər iki tərəfi təmkinli olmağa, qarşı tərəfin təxribat hesab edə biləcəyi hər hansı hərəkətdən hər şəkildə çəkinməyə çağırırıq. Biz çox diqqətlə izləyəcəyik və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik”, - Kremlin sözçüsü jurnalistlərə bildirib.   

 

Peskovun qiymətləndirməsinə görə, belə hadisələr ən azı bu prosesin irəliləməsinə, sülh müqaviləsinin hazırlanmasına kömək etmir:

 

"Ancaq ümid edirik ki, bu proses davam edəcək".

 

Qeyd edək ki, fevralın 12-də Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Ermənistan ərazisindən Azərbaycan mövqelərinin atəşə tutulması nəticəsində bir Azərbaycan sərhədçisi yaralanıb.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...