Magistraturaya qəbul olan bu şəxslərin təhsil haqqını DÖVLƏT ÖDƏYİR - SİYAHI

Magistraturaya qəbul olan bu şəxslərin təhsil haqqını DÖVLƏT ÖDƏYİR - SİYAHI

Xəbər verdiyiniz kimi, ali məktəblərin magistraturasına qəbul imtahanı keçirilib və imtahanın qapalı, həmçinin kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan edilib.


 
Bəs magistratura pilləsi üzrə ödənişli ixtisaslara və MBA üzrə ixtisaslara qəbul olanlardan kimlərə güzəşt edilir? Kimlər ödənişli ixtisaslarda pulsuz təhsil ala bilər?  


 
Elm və Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, ödənişli əsaslarla magistratura səviyyəsində təhsil alan və aşağıdakı sosial-həssas qrupdan olan şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:


 
1. Məcburi köçkün statuslu şəxslər (dövlət təhsil müəssisələrində);


2. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;


3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (əyani təhsilalma formasında, 23 yaşadək);


4. Şəhid övladları;


5.Şəhid ailəsinin üzvü olan şəxslər (dövlət təhsil müəssisələrində, əyani təhsilalma formasında, 23 yaşadək);


6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları;


7. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.


 
Əlavə olaraq bildirilib ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil haqlarının ödənilməsi üçün əyani təhsil alan tələbələrə güzəştli təhsil kreditləri verilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...