Zelenski və Zalujnı arasında RAZILAŞMA: "Onların hər ikisinin..."

Zelenski və Zalujnı arasında RAZILAŞMA:

Zelenski və Zalujnı arasında razılaşma olub.

 

Sfera.az bildirir ki, bu barədə Britaniyanın “Time” qəzeti məlumat yayıb.

 

Nəşr səbəbləri bu cür izah edib: “Ukrayna prezidenti və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı heç bir münaqişə əlamətləri göstərməmək qərarına gəliblər. Düşünülüb ki, bu, qeyri-sabitliyə gətirib çıxara bilər. Çünki hamımız başa düşürük ki, hazırda ölkədəki iğtişaşlar yalnız Rusiyanın maraqlarına xidmət edəcək”, - materialda bildirilib.

 

Nəşr xatırladıb ki, Zelenski ilə Zalujnı arasındakı münaqişənin uzun tarixi var: “Onların hər ikisinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı fikirləri fərqli idi. Zalujnı mediaya müsahibəsində irəliləyişin dalana dirəndiyini qeyd etmişdi. Zelenski isə bunun qəti əleyhinə idi”.

 

Günay


OXŞAR XƏBƏRLƏR