Putin seçkiqabağı debatlardan İMTİNA ETDİ

Siyasət
17:10 / 13.02.2024
12713
Rusiya prezidentliyinə namizəd Vladimir Putin seçkiqabağı debatlarda iştirakdan imtina edib.
Sfera.az bildirir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Rusiya MSK-ya Putinin debatlardan imtina etməsi ilə bağlı sənəd daxil olub.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.
Ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb: Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, elə “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov.
Günay