Kreditini vaxtından əvvəl bağlayanların NƏZƏRİNƏ! - Bu hallarda sizdən həmin ayların da faizi TUTULACAQ

Kreditini vaxtından əvvəl bağlayanların NƏZƏRİNƏ! - Bu hallarda sizdən həmin ayların da faizi TUTULACAQ

Banklardan və bank olmayan kredit təşkilatlarından kredit götürən şəxslər faiz ödənişlərinin daha çox olmaması üçün borcunu imkan daxilində vaxtından əvvəl qaytarmağa çalışır. Bu məqsədlə borcalanların bəziləri aylıq ödənişlərinə əlavələr edir, bəziləri isə müddət başa çatmamış qalıq vəsaiti tam ödəməklə krediti bağlayır. 


Sfera.az xəbər verir ki, kredit götürənlərin bu niyyətləri yaxşı olsa da bəzi banklar və digər kredit təşkilatları onların istəklərini boşa çıxarırlar. Belə ki, müqavilədə göstərilən müddətdən tez borcun qaytarılmasına baxmayaraq, hesablanan faizlər borcalandan tam məbləğdə alınır. Bu cür tələblər kredit verənlərə əlavə qazanc gətirsə də kredit götürənlərdə ciddi narazılıq yaradır. 


Bəs bankların və digər kredit təşkilatlarının borcalanlardan əlavə faiz məbləğini almaq hüququ varmı?

 


Məsələ ilə bağlı saytımıza açıqlama verən bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, kreditlərə görə faizlərin hesablanması və ödənişi qaydası fərdi müqavilədə öz əksini tapır. Ekspert bildirdi ki, əgər müqavilədə xüsusi şərt yoxdursa, kredit verənin borcalandan yekunda əvvəldən hesablanan faizlərin hamısını alması doğru deyil.

 

 

“Amma müqavilədə belə bir şərt varsa, kredit götürənin faizləri tam ödəməkdən başqa yolu qalmır”, - deyən Ə.Həsənov bir qayda olaraq bu cür xüsusların fiziki şəxslərlə bağlanan kredit müqavilələrində öz əksini tapmadığını söylədi:

 

“Bir qayda olaraq fiziki şəxslərə verilən kreditlər vaxtından əvvəl bağlandıqda həmin tarixə qədər yaranan faiz borcu alınır, müqavilədə göstərilən müddətə görə hesablanan faizlər alınmır”. 

 


Ekspert qeyd etdi ki, müqavilədə göstərilən müddətə görə hesablanan faizlərin tam alınması təcrübəsi sahibkarlıq məqsədilə verilən kreditlərdə ola bilər:

 

"Amma sahibkarlıq fəaliyyəti üçün götürülən kreditlərdə də bu məsələ müqavilə şərtlərində öz əksini tapmalıdır. Müqavilədə bu şərt yoxdursa, kredit vaxtından əvvəl bağlandıqda faizlərin hamısının ödənilməsi tələb edilə bilməz”. 


Məlumat üçün bildirək ki, Azərbaycanda bankların əldə etdikləri gəlirin böyük hissəsi məhz faizlərdən ibarətdir. 2023-cü ildə bankların faizlərdən gəliri 3,5 milyard manata çatıb. Faiz gəlirləri 2022-ci ildə 2,74 milyard manat, 2021-ci ildə 2,1 milyard manat idi. Göründüyü kimi, banklar son illərdə faiz gəlirlərini xeyli artıra bilib. Faiz gəlirlərinin daha çox hissəsi kredit verilən zaman əldə edilir.  2023-cü ildə kreditlər hesabına alınan faizlərin ümumi məbləği 2,57 milyard manatdan çox olub. Bu göstərici 2021-ci ildə 1,71 milyard manat, 2022-ci ildə 2,19 milyard manat idi. 


Qeyd edilən rəqəmlər göstərir ki, banklar üçün kreditlər üzrə faizlər böyük əhəmiyyət kəsb edir və bu, əsas gəlir mənbəyidir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...