Xəzərin suyu geri çəkildi, Bakı bulvarında batmış gəmi ÜZƏ ÇIXDI - FOTOREPORTAJ

Media
16:55 / 13.02.2024
9714
Bakı bulvarında batmış gəmi peyda olub.
Məsələ ilə bağlı Sfera.az Dənizkənarı Bulvar İdarəsinə sorğu ünvanlayıb. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı bulvarı sahillərində illər əvvəl batmış gəmi qalıqlarının üzə çıxmasının səbəbi Xəzər dənizində suyun çəkilməsidir.
Xatırladaq ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt dənizin səviyyəsi bugünkündən 70 sm aşağı olub. Bu da son 400 ildə ən aşağı göstəricidir.
Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı