600 manat vəd versələr də, 400 manatla... - Tikinti şirkətləri sakinlərlə bağlanan müqaviləyə niyə əməl etmir?

600 manat vəd versələr də, 400 manatla... - Tikinti şirkətləri sakinlərlə bağlanan müqaviləyə niyə əməl etmir?

Son zamanlar vətəndaşların bir qismi evlərinin sökülməsi ilə əlaqədar onlara verilən kompensasiyadan narazılıq edir. Məsələn, bəzi şirkətlər mənzil üçün 600 manat vəd versələr də, 400 manatla kifayətlənə bilirlər. Yaxud yeni mənzillərin istifadəyə verilməsi istiqamətində müəyyən problemlər yaşanır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev xatırladıb ki, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən, Bakı şəhərində köhnə istismar müddətini bitirmiş və qəzalı binaların sökülməsinə start verilib:

 

“Bu günə qədər müxtəlif dövlət layihələri ilə çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzləndi. Bunlar sökülərkən vətəndaşlara tikinti şirkətləri tərəfindən köç xərcləri, kirayə pullar ödənilir. Daha sonra köhnə mənzillər, sökülmüş binanın yerində tikilmiş yeni, tam təmirli, daha geniş mənzillərlə əvəz olunur. Tikinti şirkəti hər hansı ərazini sökərkən vətəndaşla müqavilə bağlayır, otaq sayına uyğun olaraq onlara kirayə pulu verir. Lakin bəzən bir binanın sökülüb yeni bina ilə əvəzlənməsi ortalama 2-3 il müddət çəkir. Müqavilə qüvvədə qalsa da, digər tərəfdən bəlli bir zamandan sonra əmlak bazarında kirayə qiymətlərinin artımı müşahidə olunur. Belə olan halda isə şirkətin ödədiyi pul mövcud bazar qiyməti ilə üs-üstə düşmür”.

 

Müsahibimiz deyib ki, bağlanılmış müqavilə və tərəfdaşların razılığı əsasında ödənilən kompensasiya əksər hallarda dəyişilə bilmir:

 

“Çünki şirkətlər hər hansısa bir tikinti işləri aparılan zaman əvvəlcədən bütün xərclərini və digər maliyyə ilə bağlı məsələləri dəqiqləşdirir. Eyni zamanda hazırda kirayə mənzillərin qiymətinin artdığını da görürük. Bu səbəbdən belə problemli məsələlər mütəmadi olaraq müşahidə olunur. Vətəndaşların əsas narazılığı təkcə kirayə pulu ilə bağlı deyil. Həm də kirayə mənzil tapmaq istiqamətində çətinliklər var. Hazırda kirayə mənzil bazarında ciddi qıtlıq müşahidə olunur. Binalar söküldükcə yeni binalarla əvəzlənir. Bu zaman köhnə binalardakı ucuz mənzillər kirayə bazarından çıxmış olur və nəticədə onların yerində tikilən yeni mənzillərdə aylıq kirayə qiymətləri daha bahaya təklif edilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...