Putinin səfəri təxirə salındı, Baydenlə görüş gözlənilir – Ərdoğanla nələr müzakirə ediləcək? 

Putinin səfəri təxirə salındı, Baydenlə görüş gözlənilir – Ərdoğanla nələr müzakirə ediləcək? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir. Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək. Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki açıqlanmayıb.

 

Digər tərəfdən, bundan öncə Ərdoğanla Putinin görüşü gözlənilirdi. Amma Rusiya Prezidentinin Ankara səfəri təxirə salındı və ardınca Baydenlə görüş məsələsi gündəmə gəldi.

 

Bu konteksdə, mümkün görüşdə nələr müzakirə oluna bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, ABŞ-Türkiyə arasında bəzi məsələlərdə qaranlıq qalan məqamlar var:

 

“Ərdoğanın Putinlə də görüşü olacaq. Bəzi məlumatlarda Rusiya Prezidentinin Ankara səfərinin təxirə salındığı, bəzilərində isə keçiriləcəyi qeyd olunur. Hər halda, dəqiq məlumatı yaxın bir neçə gün ərzində ya Türkiyə, ya da Rusiya tərəfi açıqlayacaq.

 

Ərdoğanın Baydenlə görüşünə gəldikdə isə, bu məsələ bir qədər fərqlidir. Çünki ABŞ-Türkiyə arasında bir neçə qaranlıq qalan, açıqlanmayan məqamlar var. Düzdür, F-16-larla bağlı məsələni Konqres təsdiqlədi, lakin problem təkcə bununla bitmir. ABŞ ciddi şəkildə Türkiyənin Suriyanın şimalında PKK-YPG ilə bağlı əməliyyat keçirməsinə razı deyil. İkinci bir tərəfdən, Ankara F-35 proqramından çıxarıldı və əslində Vaşinqton Türkiyəni bir çox oxşar proqramlardan kənarda qoymaq istəyir. Səbəbi isə məlumdur. Türkiyənin müdafiə sənayesinin güclənməsi Qərb ölkələri üçün maraqlı deyil. Bu, Qərbin Türkiyəyə sata biləcəyi hərbi texnikanın qarşısını alır”.

 

Müsahibimiz qeyd edib ki, Bayden anti-türk mövqeli prezidentdir:

 

“Amma o, həm də dövlət başçısıdır və özünün deyil, ABŞ-nin maraqlarını qorumaq məcburiyyətindədir. Ona görə də tərəflər arasında görüş baş tuta bilər. Yəqin ki, Hakan Fidanın ABŞ səfəri nəticəsində əldə edəcəyi razılaşmadan sonra bu barədə qəti qərar qəbul ediləcək. Türkiyə hər nə qədər etiraz etsə də, ABŞ-nin maraqlarına xidmət edən İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində yumşaq davrandı, onların hərbi alyansa üzv olmasına mane törətmədi. Düşünürəm ki, Türkiyə bu addımı boş yerə atmayıb və hər halda, müəyyən umacağı məsələlər mümkündür. Yəqin, ikili münasibətlərdə, alyans daxilində, həm də region məsələlərində razılaşmaların Baydenlə müzakirə edilməsi üçün Hakan Fidanın əvvəlcədən səfər etməsi mütləqdir. Ukrayna savaşının da gündəmdə olması gözlənilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...