Qvardiola Haaland barədə: "Əhval-ruhiyyəsi çox fərqlidir"

İdman
15:40 / 13.02.2024
10908
İngiltərə Premyer Liqasının 24-cü həftəsində “Mançester Siti” öz meydanında “Everton”u Erlinq Haalandın iki qolu ilə 2:0 hesabı ilə məğlub edib.
Sfera.az bildirir ki, klubun baş məşqçisi Pep Qvardiola norveçli ulduzdan şikayət edib.
İspan menecer qollardan əvvəl Haalandın bədən dilini bəyənmədiyini bildirib:
"Bu iki qol Haalanda zehnini təmizləməyə kömək edəcək. İlk yarıda bədən dili yaxşı deyildi. İkinci hissə, normal idi. Onun əhval-ruhiyyəsi çox fərqlidir. Qol vurduqdan sonra daha çox hərəkət edir. Bununla belə, qol vurmasa da, düzgün bədən dilinin nə olduğunu öyrənməlidir. Əhval-ruhiyyəsi müsbət olmalıdır”.
Fatimə Lətif