“Ərini əlindən alaram, o tərəfə də keçərəm...” - Sevda

“Ərini əlindən alaram, o tərəfə də keçərəm...” - Sevda

 

"ARB Ulduz”un efirində yayımlanan "Şou məkan” verilişinin növbəti qonağı müğənni Sevda Sanəliyeva olub.

"Qafqazinfo" xəbər verir ki, Sevda ilk dəfə qızını tamaşaçılara göstərib:

"Biz sizi balaca qızımla, Leylamla salamlayırıq. İlk dəfədir ki, balam efirə çıxır, tamaşaçıları salamlayır. İki ay yarımlığından artıq yavaş-yavaş məşhurlaşmağa başlayır. Mən təxminən 3-4 il ara vermək istərdim. Bir övlad tapa bilmirdim, Allah mənə ikisini birdən verdi. Çox şükür. Allah bir sürpriz etsə, yenə də istəyərəm. Beş dəfə də etsə, beş dəfə də istəyərəm”.

Sənətçi uzun müddət övladsız qalmasından, müalicələrindən danışıb:

 

"Hələ ailə qurmamışdan öncə müalicələr alırdım. Həkim müayinə edəndən sonra demişdi ki, nə vaxtsa ailə qursan, uşağın olmayacaq. Mən illərlə Türkiyədə və Moskvada müalicə aldım. Ancaq heç bir təsiri olmadı. 7 il çox böyük stress keçirdim. Ona görə, bir müddət efirlərdən uzaqlaşdım. 

Həkimlərin hamısı eyni cavabı verirdi ki, uşağın olmayacaq. İynə və dərmanlardan uzaqlaşdığım bir vaxtda hamilə oldum. Sən demə, iynə, dərman qəbul etmək lazım deyilmiş. Hər şey Allahın iradəsi ilə imiş”.

Müğənni ilk evliliyinin mənasız bir münasibət üzərində qurulduğunu elə ilk gündən anladığını söyləyir:

"İlk ailəm uğursuz oldu. Daha doğrusu buna ailə də demək olmazdı. Nə yaşadıq ki, nə də gördük? Mən ailə qurduğum günün səhəri başa düşdüm ki, səhv etmişəm. Düzgün insan seçməmişəm. O, mənim üçün düzgün insan deyil, mən də onun üçün.... Bunu başa düşdük və anlaşıb ayrıldıq”.

 


OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...