NATO ölkələrinin hərbi xərcləri nə qədərdir? - ARAŞDIRMA

NATO ölkələrinin hərbi xərcləri nə qədərdir? - ARAŞDIRMA

2014-cü ildə NATO-ya üzv olan ölkələr müdafiə xərcləri ilə bağlı öhdəlik götürüblər.

 

Sfera.az xatırladır ki, həmin öhdəliyə görə, müdafiə xərcləri ümumi daxili məhsul (ÜDM) istehsalının 2 faizindən az olmamalıdır. 


Hazırda NATO-nun 31 üzvü var. 2023-cü ilə aid olan son məlumata əsasən, 11 üzvdən başqa digər üzvərin heç biri on il əvvəlki razılaşmaya əməl etmir. 


İngiltərənin “Daily Mail” qəzeti bununla bağlı araşdırma aparıb. Qəzetin araşdırması göstərir ki, NATO daha çox ABŞ-nin, Böyük Britaniyanın, Polşanın, Baltikyanı və Skandinaviya ölkələrinin yüksək xərcləri hesabına müdafiə xərclərini təmin edir. 


Məlum olub ki, Avropa ölkələri öz üzərinə düşən öhdəliyi yerinə yetirmir. ABŞ və Kanadadan başqa NATO-nun üzvlərinin hamısı Avropa ölkələridir. Ötən ilin iyul ayında aparılan hesablamalara görə, öhdəliyi yerinə yetirən 11 ölkədən - ABŞ ÜDM xərclərinin 3,9 faizini, Polşa 3,49 faizini, Yunanıstan 3 faizini,  Estoniya 2,78 faizini, Litva 2,54 faizini, Rumıniya və Macarıstan 2,4 faizini, Latviya 2,3 faizini, Slovakiya 2 faizini xərcləyib. 


Böyük iqtisadiyyata sahib olan ölkələrdən Almaniya ÜDM-in 1,6 faizi (71 milyard dollar), Böyük Britaniya ÜDM-in 2,1 faizi (70 milyard dollar), Fransa 1,9 faizi (58 milyard dollar), İtaliya 1,5 faizi (33 milyard dollar), Kanada 1,4 faizi (30 milyard dollar), İspaniya 1,3 faizi (21 milyard dollar) qədərində pul xərcləyir. Türkiyənin hərbi xərcləri ÜDM-in 1,3 faizinə (15 milyard dollar) bərabərdir. 


Ümumilikdə, NATO-nun üzvləri müdafiə məqsədilə 1,264 trilyon dollar xərcləyib. Bunun 860 milyard dollarını ABŞ, 404 milyard dollarını Kanada və Avropa ölkələri ayırıb.     


Xatırladaq ki, ABŞ-nin əvvəlki Prezidenti Donald Tramp müdafiə məqsədilə az vəsait xərclənməsinə görə, Avropa ölkələrini tənqid edib. Tramp seçki kampaniyası zamanı bildirib ki, yenidən prezident seçilərsə, Avropa ilə bunun “haqq-hesab”ını çürüdəcək.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...