Bu ərzaq məhsulları BAHALAŞDI – SİYAHI

Bu ərzaq məhsulları BAHALAŞDI – SİYAHI

2024-cü ilin yanvarında ərzaq qiymətlərində artımın xeyli zəifləməsi müşahidə edilib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin birinci ayında ərzaq mallarının qiyməti dekabr ayına nisbətən 0,3 faiz artıb. Müqayisə üçün xatırladaq ki, 2023-cü ilin yanvarında ərzaq mallarında bahalaşma 1,3 faiz olmuşdu. 


Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, bu ilin yanvarında ərzaq məhsulları arasında daha çox bahalaşma meyvələrdə, tərəvləzlərdə, yumurta və balıq məhsullarında qeydə alınıb. 


Ötən ay ərzində meyvələrin qiyməti 4,7 faiz, tərəvəzlərin dəyəri 3 faiz, yumurtaların qiyməti 1,6 faiz, balıq məhsullarının dəyəri isə 1,2 faiz artıb. 


Daha çox bahalaşma meyvələrdə naringidə, limonda, bananda, almada və narda qeydə alınıb. 


Tərəvəzlərdə daha çox bahalaşma xiyar, pomidor, balqabaq, sarımsaq, soğan, kartof və yerkökündə müşahidə edilib. 


Yanvarda ərzaq malları arasında yalnız çörək və yağlar ucuzlaşıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR