Azərbaycanda illik inflyasiya 1,7 faizə düşüb - RƏSMİ

İqtisadiyyat
13:36 / 13.02.2024
8619
2024-cü ilin yanvarında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar ayına nisbətən 1,7 faiz artıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 3,2 faiz artıb.
Aylıq müqayisədə isə yanvarda inflyasiya 0,5 faiz təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin yanvarında illik inflyasiya 13,6 faiz olub.
Vasif