Erməni təxribatı nəticəsində yaralanmış əsgər DANIŞDI: "Tək bir atəş səsi eşitdim.." - VİDEO

Erməni təxribatı nəticəsində yaralanmış əsgər DANIŞDI:

“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postların müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.

 

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.

 

Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib: "Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun".


OXŞAR XƏBƏRLƏR