Baydenin Fələstinlə bağlı dəyişən ritorikası: İsrailə XƏBƏRDARLIQ ETDİ

Baydenin Fələstinlə bağlı dəyişən ritorikası: İsrailə XƏBƏRDARLIQ ETDİ

"ABŞ İsrailin fələstinlilərin təhlükəsizliyini nəzərə almayan heç bir əməliyyatını dəstəkləməyəcək". 


Sfera.az "Politico"ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.

 

O, İsrailə Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum barədə xəbərdarlıq edib. 

 

“Rəfahda böyük hərbi əməliyyat, orada sığınan bir milyondan çox insana təhlükəsizlik və dəstək təmin etmək üçün etibarlı plan olmadan həyata keçirilməməlidir. Onların müdafiəyə ehtiyacı var”, - Bayden qeyd edib.

 

Amerika lideri İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını da birbaşa tənqid edib. O, münaqişədən sağ çıxa bilməyən 27 mindən çox fələstinlinin çoxunun günahsız mülki vətəndaşlar və uşaqlar olduğunu deyib:

 

“Bir çox ailələr bir yox, çoxlu qohumlarını itirib, yas saxlaya bilmirlər. Bu, ürək ağrıdır”.

 

Bayden daha əvvəl Fələstin dövlətinin qurulması üçün Fələstin Milli Administrasiyasında (PNA) islahat aparmağa çağırış etmişdi. O vurğulayıb ki, Fələstin Milli Administrasiyası təkcə İordan çayının qərb sahilində deyil, həm də Qəzzada fələstinlilərin ehtiyaclarını effektiv şəkildə qarşılamalıdır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...