"Tramp üçün saatlı bomba hazırlanıb" - Senatordan AÇIQLAMA

"Ukraynaya yardım haqqında qanun ABŞ-ni 2025-ci ilin oktyabrına qədər maliyyələşdirməyi öhdəsinə götürür ki, bu da ABŞ-nin keçmiş prezidenti Donald Tramp üçün saatlı bomba olacaq: o, dövlət başçısı seçilərsə, Kiyevə yardımı dayandıra bilməyəcək".


Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ohayodan olan senator Ceyms Vens məlumat verib:
 

“Qanun layihəsinin mətnində saatlı bomba gizlənir, Tramp Ukraynadakı müharibəni maliyyələşdirməyi dayandırmağa çalışarsa, gələcəkdə onun üçün impiçment nəzərdə tutulub”.
 

Onun sözlərinə görə, gələcək Amerika prezidenti büdcə qanunvericiliyinin müddəalarını pozarsa, bu ona qarşı impiçment prosedurunun başlanması üçün əsas olacaq.
 

Bundan əvvəl ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer Ağ Evin Ukraynaya maddi dəstək vermədiyi təqdirdə Rusiyanın Kiyevlə münaqişədə böyük uğur qazanacağını bildirib.
 

Əzizə


OXŞAR XƏBƏRLƏR