Keçmiş baş nazir və həyat yoldaşı eyni vaxtda evtanaziya olundular

Keçmiş baş nazir və həyat yoldaşı eyni vaxtda evtanaziya olundular

Hollandiyanın keçmiş baş naziri Dris van Aqt və həyat yoldaşı evtanaziya olunublar.


Sfera.az bildirir ki,Hollandiyanın keçmiş baş naziri Dries van Agt və həyat yoldaşı Eugenie van Agt-Krekelberg evtanaziya proseduru nəticəsində dünyalarını dəyişməyə qərar veriblər. Onların hər ikisinin 93 yaşı olub.

 

Bu barədə agentliklər mərhum Aqtin rəhbərlik etdiyi "The Rights Forum" hüquq müdafiə təşkilatına istinadən məlumat yayıblar.


"Dries yetmiş ildən artıq bir yerdə olduğu və həmişə "qızım" adlandırdığı, ona daim dəstək olan sevimli həyat yoldaşı Eugenie van Agt-Krekelberg ilə əl-ələ verib öldü. Dəfn mərasimi çox özəl təşkil edilmişdi”- hüquq müdafiə təşkilatı bildirib.


Qeyd edək ki, Dris van Aqt Xristian Demokratik Müraciət partiyasına rəhbərlik edib. Hollandiyanın ədliyyə naziri (1971-1977), xarici işlər naziri (1982) və baş nazir (1977-1982) vəzifələrini icra edib. Daha sonra (1987-1995) Avropa Birliyinin Yaponiya və ABŞ-da səfiri vəzifəsində çalışıb.


Bu arada, Britaniyanın “The Guardian” nəşri Hollandiyada “ikiqat evtanaziya” meylinin artdığını qeyd edib. 2020-ci ildə 26 cütlük evtanaziyaya üçün icazə alıbsa, növbəti ildə bu rəqəm 32-yə, 2022-ci ildə isə 58-ə yüksəlib.


Hollandiya və evtanaziya


Hollandiya evtanaziyanı qanuniləşdirən ilk ölkədir. 2002-ci ildə qəbul edilmiş qanunla ölkədə evtanaziya xəstə yaxınları və ya xəstənin istəyi iə həyata keçitilir. Bu hüquqdan böyüklər və 12 yaşdan yuxarı uşaqlar istifadə edə bilərlər. Bununla belə, xəstələr bu prosedurdan keçmək üçün ciddi meyarlara cavab verməlidirlər. Şərtlərə dözülməz əzab, rahatlama şansının olmaması və uzunmüddətli ölmək daxildir. Əsasən, bu prosedur evdə bir ailə həkimi tərəfindən həyata keçirilir.
 

2024-cü ilin fevral ayından etibarən isə Hollandiyada evtanaziya 12 yaşdan kiçik uşaqlar üçün də əlçatan olacaq. Qanun 5 ildən 10 yaşa qədər olan kiçik qrup uşaqlara şamil ediləcək ki, onlar üçün palliativ qayğı artıq əziyyəti aradan qaldırmaq üçün kifayət deyil.


Belçika isə 2014-cü ildə uşaqların evtanaziyasına dair qanun qəbul edən ilk ölkədir, ikinci Hollandiya olacaq.


Yale Universitetinin iqtisadiyyat üzrə professoru Yusuke Narita isə Yaponiyada millətin problemini həll etmək üçün bir yol tapıb. O hesab edir ki, qocaların evtanaziyası millətin cavanlaşmasına kömək edəcək.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...