“Azercell” abunəçilərinin DİQQƏTİNƏ! - "Gələn SMS, “Whatsapp” mesajları.."

“Azercell” abunəçilərinin DİQQƏTİNƏ! -

Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir.

 

Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir.

 

Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

 

- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

 

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

 

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

 

- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;

 

- gələn SMS, “Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin;

 

Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:

 

-Rəsmi satış kanalı: www.azercellim.com saytı;

 

-Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: //www.azercell.com/az/personal/azercell-stores.html

 

Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.

 

Yarana biləcək hər hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin:

 

-Onlayn Müştəri Xidmətləri //www.azercell.com/az/;

 

-Azercell-in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;

 

-Azercell Telefon Mərkəzi:

 

- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi

 

- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...