Magistratura üçün ikinci imtahan nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Təhsil
13:48 / 12.02.2024
5249
11 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.
Bakalavrları maraqlandıran mövzulardan biri də “Magistr 3” jurnalının nə vaxt çap olunacağıdır.
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a bildirilib ki, jurnalın çapı növbəti ay ərzində nəzərdə tutulmur:
“Jurnal ixtisas seçiminə bir neçə gün qalmış çap olunur. Magistratura üçün II imtahan tarixi isə yaxın vaxtlarda elan olunacaq”.
Firuzə Əliyeva