"7 fevral seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoyub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Növbədənkənar prezident seçkiləri ilk növbədə mütəşəkkilliyi ilə yadda qaldı. Seçicilərin fəallıq göstəricisi müstəqillik dövrünün bütün seçkilərini geridə qoydu. Məhz belə də gözlənilirdi. Çünki bu, böyük Zəfərimizdən sonra ölkədə keçirilən ilk prezident seçkiləri idi".

 

Sfera.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycan xalqının ən böyük arzularını gerçəkliyə çevirməklə milyonlarla insanın məhəbbətini qazanmış bir Prezidentin ən yüksək səs göstəriciləri ilə yenidən seçilməsi təbiidir: "Seçicilər dövlət başçısı İlham Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərinə görə minnətdarlığını məhz bu şəkildə ifadə ediblər. Bu seçkilərlə Azərbaycan öz inkişafının mahiyyət etibarilə tamamilə yeni bir dövrünə qədəm qoyur. Bu dövrün isə öz vəzifələri var".

 

Deputat sözlərinə davam edərək bildirib ki, qarşıda Böyük Qayıdışın qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması kimi taleyüklü məsələlər dayanır. Xalq bu kimi ciddi vəzifələrin həyata keçirilməsini demək olar ki, yekdilliklə Prezident İlham Əliyevə etibar etdiyini nümayış etdirdi".

 

"Beynəlxalq miqyasda seçkilərə bildirilən münasibət də çox müsbət olub. Çoxsaylı beynəlxalq təşkilatların adından və bütün dost ölkələrin rəhbərlərindən daxil olmuş təbriklər seçkilərin təşkilinə verilən yüksək qiymətin təsdiqi kimi qəbul olunmalıdır",- deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...