Rusiyadan qaçırılan helikopterlər Ukraynaya satılıb - İstefadan sonra ortaya çıxdı 

Rusiyadan qaçırılan helikopterlər Ukraynaya satılıb - İstefadan sonra ortaya çıxdı 

2022-ci ildən bəri Rusiyadan 59 təyyarə və helikopter qaçırılıb, onların bəziləri Ukraynaya satılıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın “İzvestiya” nəşri Federal Təhlükəsizlik Xidmətində (FTX) açılan cinayət işinin materiallarına istinadən yayıb. 


Nəşr yazır ki, FTX 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər 59 mülki təyyarə və helikopterin Rusiya yurisdiksiyasından qanunsuz çıxarılması ilə bağlı cinayət işi açıb, Federal Hava Nəqliyyatı Agentliyində axtarışlar aparıb. 


Tədqiqat zamanı məlum olub ki, Federal Hava Nəqliyyatı Agentliyi xaricə satdığı 36 təyyarənin qeydiyyatını ləğv edib. Təyyarələrin 8-i Rusiyaya dost olmayan ölkələrə satılıb. Eyni zamanda, o da məlum olub ki, üç “Mi-8” helikopteri sonradan Ukraynaya çatdırılıb və Ukrayna onları müharibədə istifadə edib. 


Satılan təyyarələr arasında “İl-76”lar da olub. Bu yük təyyarələri siqnal ötürücüləri söndürülməklə satılıb və bu səbəbdən onların hərəkətləri barədə məlumatları əldə etmək mümkün olmayıb. 


Nəşrin yazdığına görə, bu qanunsuzluqlar 14 il Federal Hava Nəqliyyatı Agentliyinə rəhbərlik edən Aleksandr Neradkonun 2023-cü ilin sentyabrında istefaya getməsindən sonra üzə çıxıb. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...