"Magistr olmaq istəyən şəxs öz ixtisasından imtahan verməlidir..." - Ekspert ETİRAZ ETDİ 

Azərbaycanda magistraturaya qəbul 2006-cı ildən etibarən DİM tərəfindən həyata keçirilir. 2005-ci ilə qədər magistraturaya qəbulu universitetlər özü daxili qaydada həyata keçirirdilər.  2005-ci ildən 2024-cü ilə qədər magistraturaya qəbul imtahanlarının formatında çoxsaylı dəyişikliklər edilib. Dəyişikliklərdən biri də ixtisas fənlərindən imtahanların ləğvi idi. Bir çox ekspert isə düşünür ki, magistr imtahanlarında ixtisas fənlərinə də yer verilməlidir.

 

Bəs magistratura pilləsi üzrə qəbulda bu yöndə dəyişiklik olmalıdırmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu məzmunda olan imtahan ilə gələcəyin elmi tədqiqat işləri ilə məşğul olacaq mütəxəssislər seçilə bilməz:

 

“İndi magistraturaya qəbul olunmaq istəyən tələbələr 50 məntiqi təfəkkürü yoxlayan test tapşırığı, 25 informatika üzrə, 20 xarici dil üzrə test suallarına cavab verməli, 5 ballıq esse yazmaldır. 

 

Magistratura pilləsində ən vacib olan o mütəxəssisin ixtisas biliyidir. Onsuz da 4 il bakalavr pilləsində onların biliyi subyektiv amillər ilə yoxlanılıb. Təkrar ixtisas biliklərinin yoxlanılması zəruridir. Bizə ixtisaslı mütəxəssislər lazımdır, gələcək elmi tədqiqat işlərində heç bir vaxt istifadə etməyəcəyi riyazi məntiq yox”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...