Cavanşir Quliyev bu gün əməliyyat olunacaq - YENİLƏDİ 

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq - YENİLƏDİ 

08:10

 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

 

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

 

Qeyd edək ki, bəstəkar 1950-ci ilin noyabrın 22-də Şəkidə anadan olub.

 

Professor Cavanşir Quliyev uzun illər Şimali Kiprdəki Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin dekanı vəzifəsində çalışıb. 17 ildən sonra vətənə qayıtmışdı.

 

 

****

 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. 
 
Heydər Əliyev Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək. 
 
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir. 
 
Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.

OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...