Atasının başını kəsərək internetdə paylaşdı - FOTO

Atasının başını kəsərək internetdə paylaşdı - FOTO

ABŞ-da yaşayan 32 yaşlı gənc kişi eyni evdə yaşadığı atasının başını kəsərək öldürüb. Üstəlik, o, atasının kəsilmiş başını əks etdirən video çəkərək “YouTube”a yükləyib. Yanvarın sonlarında baş verən bu hadisə ölkədə şok effekti yaradıb.

 

Bəs o, atasını niyə öldürüb? 

 

Sfera.az bu qətl hadisəsinin təfərrüatlarını təqdim edir.

 

Ötən həftələrdə ABŞ-ın Pensilvaniya ştatında adamın ağlınə başından alan qətl hadisəsi baş verib. 32 yaşlı gəncin atasını öldürərək "YouTube"a yüklədiyi video bütün ölkədə və dünyada hiddətə səbəb olub.

 

Justin Mohn (Castin Mon) adlı şəxs federal hökumətdə mühəndis işləyən 68 yaşlı atasının başını kəsib. Mon “YouTube”a yüklədiyi videoda atasının plastik torbada kəsilmiş başını göstərib və bunları deyib:

 

“Bu, 20 ildən çox federal hökumət işçisi olan atam Mayk Mohnun başıdır. O, indi vətənə xəyanət etmiş bir xain kimi əbədiyyətini cəhənnəmdə keçirəcək”.

 

32 yaşlı şəxs bunu etməklə kifayətlənməyib, videoda Co Bayden hökumətini də hədələyib. Hətta hökumətdə işləyən qohumlarını öldürməyə çağırıb. O, bu çağırışı yerinə yetirənlərə 1 milyon dollar təklif edib.

 

14 dəqiqəlik videoda Castin Monun sözləri izləyicilərin hiddətli reaksiyasına səbəb olub. Mon özünün məsih olduğunu və bir gün prezident olacağını iddia edib. Bu iddiası zamanı o, kommunistləri və mühacirləri ağır şəkildə təhqir də edib. 

 

Atasını öldürən Castin Mon anasının polisə müraciəti əsasında həbs edilib. ABŞ qanunlarına görə, 32 yaşlı kişi "birinci dərəcəli qətl, meyitlə pis rəftar etmək və cinayət aləti saxlamaq" ittihamı ilə mühakimə olunacaq.

 

Amerika mətbuatına danışan dostu şübhəlinin psixi sağlamlığını bu sözlərlə ümumiləşdirir:

 

“Biz universitetdə oxuyanda Castinlə mən eyni tələbə evində qalırdıq. O, sui-qəsd nəzəriyyələrinə inanırdı. Həmişə qəribə əhvalatlar danışırdı. Heç vaxt intellekt sahibi ola, institutlaşa bilmədi, amma yaxşı paranoya əlamətləri nümayiş etdirirdi. Gənc yaşlarından hökumətin onun arxasınca getdiyini iddia edib. Bir dəfə qaldığımız mənzilin mebellərini də dağıdıb. Amma ağlımın ucuna da gəlməzdi ki, bir gün atasının başını kəsəcək.

 

Bütün bu hadisələr insanın ağlına bəzi suallar verir.

 

Oğul dövlətdə işləyən mühəndis atasını niyə öldürsün? Amerika prezidentini niyə hədələyir? Niyə o, özünü məsih kimi görür və gələcəkdə prezident olmaq istəyir?

 

Aysel 

Sfera.az


OXŞAR XƏBƏRLƏR