Azərbaycanın seçilən dalğası: “Media FM” 15 yaşında 

Azərbaycanın seçilən dalğası: “Media FM” 15 yaşında 

Bu gün “Media FM” radiostansiyası yayıma başlamasının 15 illiyini qeyd edir.

 

Sfera.az bildirir ki, radiostansiya “Digital Media” MMC tərəfindən 2008-ci ildə təsis edilib. 2009-cu ilin 10 fevralından efir yayımına başlayan radio hazırda Azərbaycanın bütün bölgələrində və Bakı şəhərində ən yüksək səs keyfiyyəti ilə yayımdadır.

 

Radiostansiyanın bütün layihələri dinləyicilədə xoş və nikbin əhval aşılamaq, onları populyar dünya hitləri ilə qovuşdurmaqdır. Radionun proqramları nə bir-birini, nə də digər radioların verilişlərini təkrarlamır. Verilişlər, sözün əsl mənasında, eksklüziv efir məhsuludur.

 

Qeyd etmək lazımdır ki, "Media FM” 15 il ərzində “seçilən dalğa” statusunu qoruyub saxlayıb. Hər zaman seçilməyə çalışan radio dinləyicilərinə maraqlı musiqilər, fərqli proqramlar təqdim edib. 15 il ərzində “Media FM”dən çox saylı aparıcı, prodüser nəsli yetişərək ölkəmizin radio məkanına uğurla tövhə verməkdədir.

 

"Media FM"də çalışan indiki nəsil radioçular dövrün tələblərinə uyğun yeni proqramların hazırlanmasında, dinləyicilərin artan tələbləri qarşısında müasir yaradıcılıq ideyalarının ərsəyə gəlməsində uğurlu fəaliyyət göstərirlər. “Media FM” bu gün də öz dinləyiciləri arasında populyarlığının ən yüksək nöqtəsindədir.

 

Hər zaman proqramlarının professional şəkildə, yüksək səviyyədə dinləyicilərinə çatdırılması üçün yeniliklərə imza atır.

 

105.5 FM Azərbaycanda ilk dəfə “İP” səs sistemi teznologiyalarını tətbiq edən ilk radiostansiyadır. Bundan sonra ölkədə yaranan radiostansiyaların hamısı bu yolu gedərək öz texniki göstəricilərini yeniləyib və yüksək səs standartlarına nail olublar. Hazırda “Media FM” dinləyicilərinin qarşısına üç proqramla çıxır. Belə ki, radio “Təptəzə” səhər şousu, “Babat” günorta şousu və “Şam yeməyi” adlı axşam şousu ilə hər gün dinləyicilərinin qonağı olur.

 

Əsasən, avtomobil mediası olmasına baxmayaraq, “Media FM”də mövcud olan aparıcıların səmimiyyəti və professionallığı bu radionu elərdə, iş yerlərində maraqla dinlənilməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, radio günbəgün öz populyarlığını artırır. Həmçinin bu işdə çoxlu insanların zəhmətinin olduğunu da vurğulamaq lazımdır.

 

Radio efir, tək bir-iki nəfər aparıcının əməyinin məhsulu deyil, kollektiv işin nəticəsidir. Həm də pərdəarxasında çalışan insanların sayəsində bu gün “Media FM”in fəaliyyəti bütün Azərbaycanda göz önündədir.

 

Qeyd edək ki, “Media FM” Radiostansiyasının baş direktoru Rüstəm Əliyevdir. O, Azərbaycan media sektorunun ən təcrübəli peşəkarlarından hesab edilir. R.Əliyev həmçinin, 101.1 FM Radio Enerjinin də təsisçisi, eyni zamanda bu günə qədər onlarla serial və filmlərin prodüseridir.

 

Sfera.az kollektivi olaraq, "Media FM”i təbrik edir, gələcək işlərində böyük nailiyyətlər arzu edirik.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...