Zelenski ETİRAF ETDİ: “Vaşinqtonla razılığa gələ bilmədik”

Dünya
11:40 / 10.02.2024
7948
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə danışıqların uğursuz olduğunu etiraf edib.
Sfera.az bildirir ki, o, demokrat konqresmen Adam Şiffin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Zelenski 300 kilometrə qədər uçuş məsafəsi olan “ATACMS” uzaqmənzilli raketlərin Kiyevə tədarükünü istəyib. Lakin razılaşma olmayıb.
Bildirilib ki, Birləşmiş Ştatlar “ATACMS”nin Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcəyindən ehtiyat edir. Bu da münaqişənin genişlənməsinə səbəb ola bilər.
ABŞ “ATACMS”in Rusiya Silahlı Qüvvələrinin əlinə keçə biləcəyindən də narahatdır. Zelenskinin sözügedən raketləri əldə edə bilməməsi isə “ABŞ-nin dəstəyini qazanmaq səylərinə zərbə” kimi dəyərləndirilib.
Günay