Miras üçün həyat yoldaşını öldürməyə cəhd edən model belə dəyişdi - ŞOK  FOTOLAR 

Miras üçün həyat yoldaşını öldürməyə cəhd edən model belə dəyişdi - ŞOK  FOTOLAR 

26 milyon dollarlıq miras almaq üçün ərini öldürməyə çalışan keçmiş modelin son halını görənlər gözlərinə inanmayıb. 

 

Sfera.az 2 milyon dollara qatil tutduğu ortaya çıxan modelin son halı və onun qətl planını təqdim edir. 

 

Bir vaxtlar cazibədar model Tatyana Remli ötən ilin dekabrında ayrıldığı əri Mark Remlini öldürmək üçün qatil tutmağa cəhddə təqsirli bilinib.

 

Tatyana Remley bu yaxınlarda San Dieqodakı həbsxanadan Kaliforniya ştatının Chowchilla şəhərindəki əyalət həbsxanasına köçürülüb. O, qətlə sifarişdə günahını etiraf edib.

 

Keçmiş model avqust ayında əməliyyat zamanı gizli məmura ərinin öldürmək istədiyini etiraf etdikdən sonra həbs edilib.

 

O, əvvəlcə ortaq dostlarından ərini öldürmələrini istəyib və 2 milyon dollar təklif edib. Əvəzində isə rəfiqəsi Tatyananın planını Marka danışıb, Mark polisə müraciət edib.

 

Tatyana Remley keçmiş ərini öldürə bilsəydi, ona 26 milyon dollar miras qalacaqdı, lakin onun bu cəhdi baş tutmayıb.

 

Onun həbsindən sonra keçirdiyi dəyişikliyi ortaya qoyan fotolar isə sosial mediada trend mövzusuna çevrilib.

 

Xanım

Sfera.az 


OXŞAR XƏBƏRLƏR