Rusiyada kütləvi dava - Xüsusi təyinatlılar köməyə gəlib

Rusiyada kütləvi dava - Xüsusi təyinatlılar köməyə gəlib
Rusiyanın paytaxtı Moskvada anbarda işçilər arasında kütləvi dava baş verib. Münaqişə iştirakçılarını ayırmaq üçün 100-ə yaxın xüsusi təyinatlılar gəlib.
 
Sfera.az xəbər verir ki, ən az 200 işçisi iştirak etdiyi dava “Wildberries” anbarında baş verib. Dava zamanı işçilər məhsulların olduğu rəfləri sındırıblar.
 
Mühafizə işçiləri ilə anbar işçiləri arasında münaqişə başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, anbar işçiləri miqrantlardan ibarət olub.
 
Ümumilikdə davada 200-ə yaxın adam iştirak etsə də, polis təxminən on nəfəri saxlayıb. Şahidlər iddia edirlər ki, münaqişə iştirakçılarını ayırmaq üçün 100-ə yaxın xüsusi təyinatlı gəlib.
 
Aysel
Sfera.az 
 

OXŞAR XƏBƏRLƏR